Tərtərdə mülki şəxs minaya düşüb, araşdırma aparılır

Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan QİA.AZ-a bildirilib ki, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilmişdir.Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxşar Xəbərlər