Təsnifat turniri: Güləşçilərimizin ilk rəqibləri bilindi

May5,2021

Sabah Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri start götürəcək.

Federasiyadan QİA.AZ-a verilən məlumata görə, artıq güləşin hər 3 növü üzrə püşkatma mərasimi keçirilib və Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.

Sərbəst güləş

57 kq
Təsnifat: Georgi Edişeraşvili – Otari Qoqava (Gürcüstan)

86 kq
Təsnifat: Abubakr Abakarov – Uri Kalaşnikov (İsrail)

125 kq
1/8 final: Vahid Qalayev – Xose Kuba Vaskes (İspaniya)

Qadın güləşi

53 kq
1/8 final: Türkan Nəsirova – Luisa Melendres (Ekvador)

57 kq
1/8 final: Alyona Kolesnik – Nuraida Anarkulova (Qırğızıstan)

62 kq
1/8 final: Tatyana Omelçenko – Luisa Niemeş (Almaniya) / Cessika Bruilette (Kanada)

68 kq
1/8 final: Elis Manolova – Aqoro Papavasileu (Yunanıstan)

76 kq
Təsnifat: Gözəl Zutova – Katalina Axente (Rumıniya)

Yunan-Roma güləşi

60 kq
Təsnifat: Murad Məmmədov – Stiq Andre Berqe (Norveç)

67 kq
Təsnifat: Rəsul Çunayev – Donior İslamov (Moldova)

77 kq
Təsnifat: Rafiq Hüseynov – Hyenvu Kim (Koreya)

97 kq
1/8 final: Murad Lokyayev – Nikolos Kakelaşvili (İtaliya)

130 kq
1/8 final: Beka Kandelaki – Oskar Marvik (Norveç)

Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.

Oxşar Xəbərlər