Təyyar Eyvazov: “Allergiyalı şəxslərin böyük əksəriyyətində peyvənd zamanı ciddi fəsad olmayıb”

“Peyvənd etdirmək üçün fəslin əhəmiyyəti yoxdur. Sadəcə vətəndaşın istəyi olmalıdır”.

“QİA.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist bildirib ki, qoyulan hədəfə çatmaq üçün kütləvi vaksinasiya lazımdır:

“Çox sayda insanda immunitet qazanılması xəstəliyin tez bitməsi üçün əsasdır. Güclü allergik reaksiyası olan şəxslər peyvənd olunmamaq qərarı mütəxəssis verə bilər. Odur ki, allergiyası olan şəxslərin böyük əksəriyyəti peyvənd olunub və ciddi fəsad baş verməyib”.

Oxşar Xəbərlər