Təzəpir məscidində Anım Günü ilə bağlı mərasim keçirilib

Sen27,2021

Təzəpir məscidində 27 sentyabr – Anım Günü ilə bağlı mərasim keçirilib.

Anım Günü ilə bağlı mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb, şəhidlərin xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Oxşar Xəbərlər