Tailandın xəyalları arxipelaqındakı məşhur Maya Bay adası iki ay ərzində turistlərin üzünə bağlanacaq.
QİA.az xəbər verir ki, Tailandın hakimiyyət orqanlarının məlumatına görə, turistlər avqustun 1-dən sentyabrın 30-dək adanı ziyarət edə bilməyəcək. Tədbir yağışlı mövsümdə körfəzin və onun həssas ekosisteminin bərpası üçün həyata keçirilir.
“The Nation” qəzeti milli parkın rəhbəri Yuttaponq Damsrisuka istinadla Maya Bay adası ilə birgə Loh Samah Bay və Lo Kor Bay adalarının da bağlanacağını yazıb. Körfəzə atılan çirkab səbəbindən iyun ayında adaların bəzi yerlərində mərcan riflərində dağılmalar aşkarlanıb. Turizmin bağlanması prosesi dayandırmağa kömək edə bilər.
Qeyd edək ki, ecazkar qayalara və ağ tropik çimərliyə malik Maya Bay adası 2000-ci ildə Leonardo Di Kaprionun baş rolda çəkildiyi “The Beach” filmi ilə dünya şöhrəti qazanıb.