Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialında yoxlama tədbirləri həyata keçirib. Bankda bəzi çatışmazlıqlar aşkar olunub.
QİA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
O bildirib ki, bu çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verilib: “Hazırda AMB orada görülən işlərə nəzarət edir. Bankın maliyyə dayanıqlığı göstəriciləri hər hansı bir təhdid yaratmır”.