“Taliban” nümayəndələri Əfqanıstanda idman tədbirlərinin yenidən başladığını elan edib.
“QİA.AZ” xəbər verir ki, bu barədə “1TV” kanalı məlumat yayıb.
Bu qərarın nə vaxt qüvvəyə minəcəyi barədə məlumat verilmir.
Qeyd edək ki, avqustun 26-da Kabil hava limanında törədilən partlayışlar nəticəsində ölənlər arasında Əfqanıstanın iki idmançısı da olub. Bunlar taekvondoçu Məhəmməd Jan Sultani və İdres adlı uşu döyüşçüsüdür.