“Taliban” Əfqanıstanın Tahar əyalətinin mərkəzini ələ keçirdiyini bildirib

Avq8,2021

“Taliban” hərəkatı Əfqanıstanın şimal-şərqində Tahar əyalətinin mərkəzi Talukan şəhərinin tutulduğunu elan edib.

QİA.AZ” xəbər verir ki, bu barədə “taliblər”in mətbuat katibi Zabihulla Mücahid xəbər verib.

“Gecə yarı Tahar əyalətinin paytaxtı bütün obyektləri – qubernatorun iqamətgahı, polisin, kəşfiyyat mərkəzinin, həbsxananın və bütün dövlət idarələrinin qərargahı ilə tutulub”, – “taliblər”in mətbuat katibi tivtterdəki hesabında bildirib.

Əfqanıstanın və əyalətin rəsmi hakimiyyəti hələ bu bəyanatı şərh etməyib.

Daha əvvəl bazar günü səhər Mücahid bildirib ki, “taliblər” Sari-Pul və Kunduz əyalətlərinin mərkəzlərini tutublar. Ancaq sonra Əfqanıstan ordusu xüsusi təyinatlı dəstəsinin Kunduz şəhərinin təmizlənilməsi üzrə əməliyyat keçirməsi barədə məlumat yayıb.

Oxşar Xəbərlər