“Taliban”dan qaydasız döyüş növlərinə “haram” qadağası

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı ölkədə qarışıq döyüş növləri ilə məşğul olmağı qadağan edib.

QİA.az bu barədə “TOLOnews”a istinadən məlumat yayıb.

Qeyd olunub ki, müvafiq göstərişi “Taliban” hakimiyyətinin təsis etdiyi yaxşılıqlara təşviq etmə və qadağalardan çəkindirmə nazirliyinin başçısı Məhəmməd Xalid Hənəfi imzalayıb.

Sənəddə qeyd olunub ki, qarışıq döyüş növləri insan orqanizmində sağalması mümkün olmayan fəsadlara və ölümlə nəticələnən hallarla müşahidə oluna bilər ki, bu da islam şəriətinə görə qəbuledilməzdir.

Oxşar Xəbərlər