Əfqanıstanda “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə qadınların səsinə və simasına məhdudiyyətləri ehtiva edən “Yaxşılığa çağırış, pislikdən çəkindirmə qanunu” başlığı altında həyata keçiriləcək yeni qanunlar barədə hökuməti xəbərdar edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, “Taliban”ın Şərin Qarşısının Alınması və Fəzilətin Təbliği Nazirliyinin avqustun 21-də açıqladığı bu qanun əfqan xalqına, xüsusilə də qadınlara təsir göstərir.
Qanunda bildirilib ki, qadınların səsi, hətta Quran oxuyan bir qadının səsi də islam qanunlarına ziddir və qadağandır.