Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə bu günədək təxminən 9,1 milyard kubmetr qaz nəql edilib.
QİA.AZ-ın məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.
O bildirib ki, 2020-ci il ərzində TANAP vasitəsilə 4,9 milyard kubmetr qaz tədarük edilib.
Nazir əlavə edib ki, ötən il Türkiyənin qaz idxalının 24 faizi Azərbaycanın payına düşüb
Bundan başqa, F.Dönmez bildirib ki, İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə işlər tam sürətlə davam edir:
“Bizim məqsədimiz Naxçıvanı təbii qazla təhlükəsiz və fasiləsiz şəkildə təmin etməkdir”.