Almaniyanın “Volfsburq” klubunun yeni baş məşqçisi açıqlanıb.
“QİA.az” Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda Mark van Bommelə tapşırılıb.
44 yaşlı niderlandlı mütəxəssisin müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub.
Qeyd edək ki, “Volfsburq” 2020/2021 mövsümündə Bundesliqanı 61 xalla 4-cü sırada bitirib. Van Bommel son olaraq 2018-2019-cü ildə ölkəsinin PSV komandasının baş məşqçisi olub.