Hərbi

Tankçılarımız “Beynəlxalq Ordu Oyunları – 2021” yarışında uğurla iştirak edirlər

Movavi

Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin növbəti mərhələsində uğurla iştirak ediblər.

Müdafiə Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, “Fərdi sürmə” mərhələsində güclərini sınayan komandamızın növbəti tank heyəti də uğurla çıxış edib.

Müsabiqənin şərtlərinə uyğun olaraq bu mərhələ üzrə müxtəlif manevrlərlə hədəfləri məhv edən tankçılarımız qrupda ikinci yerdə qərarlaşıb.

Belarusiya birinci, Serbiya üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button