TAP vasitəsilə qaz nəqli 40 faizdən çox artıb

Aprel ayında Trans-Adriatik qaz kəməri (TAP) ilə mart ayı ilə müqayisədə 42 faiz daha çox qaz nəql edilib.

QİA.AZ bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.

Aprel ayı üzrə ümumi müraciət 6 477 giqavatt/saat təşkil edib. Mart ayında bu göstərici 4 565 giqavatt/saata bərabər olmuşdu.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən etibarən TAP vasitəsilə Avropaya qaz nəqli başlayıb.

Oxşar Xəbərlər