Tarixdə bu gün – 13 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

Osmanlı dövrünün məşhur adlarından olan memar Sinanın şah əsərlərindən biri – İstanbuldakı Süleymaniyyə məscidinin təməli 1550-ci ilin 13 iyun tarixində atıldı.

***

  1859-cu ildə Çeçenistanın Rusiya tərəfindən işğalı başa çatdı. Buna baxmayaraq bütün Qafqaz bölgəsində Rusiyaya qarşı milli azadlıq mübarizəsi davam edirdi. Həmin il iyunun 13-də Qafqaz müsəlmanlarının imamı Şeyx Şamil xəyanət nəticəsində əsir alındı. 

***

  1891-ci ilin 13 iyununda İstanbul Arxeologiya Muzeyi açıldı. Bu muzey müxtəlif mədəniyyətlərə aid milyondan artıq qiymətli əsərlə dünyanın ən böyük muzeyləri arasında yer alır.

***

  13 iyun 1928-ci ildə Türkiyə cümhuriyyəti ilə “Düyunu Ümumiye”, yəni “Osmanlı borc verənləri” arasında müqavilə imzalandı.

***

  1966-cı il 13 iyunda Vatikanda Roma papasının qərarı ilə “Qadağan olunmuş kitabların siyahısı” ləğv edildi.

  Qeyd edək ki, bu siyahı 1557-ci ildən yazılırdı.

***     

  1972-ci ildə fəzaya buraxılan “Pioneer 10” kosmik gəmisi 1983-cü ilin 13 iyununda Neptun orbitindən keçərək günəş sistemi xaricinə çıxan insan istehsalı ilk vasitə oldu. Kosmik gəmi 1997-ci ilə qədər olduğu kosmosdan məlumatları Yer kürəsinə göndərirdi.

*** 

  13 iyun 2018-ci ildə Qaradənizi Şərq və Cənubi-Şərqi Anadolu bölgəsinə birləşdirən 2640 yüksəklikdə olan Ovit tuneli açıldı. 14 min 300 metr olan Ovit tuneli Avropanın ikinci ən uzun yol tuneli sayılır.

***

13 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  İngilis fiziki, həkim və astronomu Tomas Yanq (Thomas Young) 1773-cü ilin bu günü dünyaya gəlib.

  London Kral İnstitutunun professoru olan Yanq işığın dalğa nəzəriyyəsinin banilərindən biridir. O, 8 yaşından geodeziya və riyaziyyatla məşğul olub, 9 yaşından latın, yunan və ərəb dillərini öyrənməyə başlayıb.

  Londonda Müqəddəs Georgi Xəstəxanasında həkim işləməklə yanaşı Coğrafi Uzunluq Bürosunun üzvü olan alimin tədqiqatları əsasən fizika, kimya, fiziologiya, astronomiya və digər texniki sahələrə aiddir. (1773-1829)

***

  İngilis fiziki, klassik elektrodinamikanın banisi, statistik fizikanın yaradıcılarından biri Ceyms Maksvell 1831-ci il 13 iyunda dünyaya gəlib.

  Maksvellin əsas tədqiqatları elektromaqnitizm, optika, elastiklik nəzəriyyəsi sahələrinə aiddir.

  Ceyms Maksvell elektromaqnit sahəsinin nəzəriyyəsini hazırlayıb, ideal qaz molekullarının sürətə görə paylanması qanununu kəşf edib. (1831-1879)

***

  Türkiyə ədəbiyyatının görkəmli yazıçısı Hüseyn Cemil Meriç 1987-ci ilin bu günü 71 yaşında dünyasını dəyişib. (1916-1987)  

Oxşar Xəbərlər