Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

13 may 1277-ci ildə Karamanoğlu Mehmet türkcəni dövlətin rəsmi dili elan edir: sarayın yazılı və şifahi danışıqlarında başqa heç bir dildən istifadə edilməyəcəyi haqqında fərman imzalayır.

***

  1965-ci ilin 13 may tarixində Odessa Universiteti açılıb.

  Azərbaycanın da bir çox alim və mütəxəssisləri bu ali məktəbin yetirməsidir.

***

  1968-ci il mayın 13-də Fransada tələbələr Sorbon (Sorbonne) Universitetinə basqın etdilər. “68-ci nəsil” tələbələrini dəstəkləyən fəhlələr tətilə çıxdılar. Həmin gün 500 min adam birləşərək Parisdə böyük bir nümayiş keçirdi.

***

  13 may 2014-cü ildə Türkiyənin Manisa rayonunun Soma kömür mədənində meydana gələn yanğın nəticəsində 301 işçi həyatını itirdi. Bu mədən faciəsilə əlaqədar Türkiyədə 3 günlük matəm elan edildi.

***

13 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məşhur fransız təbiətşünası Jorj Küvye 1932-ci ilin bu günü anadan olub.

  Alimlər dünya elmində “Fəlakətlər nəzəriyyəsi”nin müəllifi kimi tanınan Küvye haqqında yazıblar: “Müasir elm və təkamül nəzəriyyələri Jorj Küvyenin əsərlərinə istinad edir. O, heç kimin görmədiyi elmi nəticələr hazırlayıb və cəmiyyəti özünün getmək istəmədiyi yerə aparıb”. (1769-1832)

***

  İki Oskar mükafatçısı, yüzlərlə filmin qəhrəmanı, amerikalı aktyor Qeri Kuper (Gary Cooper) 1961-ci ilin 13 mayında 60 yaşında vəfat edib. (1901-1961)

QİA.az

Oxşar Xəbərlər