Tarixdə bu gün – 18 iyun

İyn18,2021

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1815-ci ilin 18 iyununda Napoleon Bonapartın komandanlığı altındakı Fransa ordusu Vaterloo (Waterloo) döyüşündə İngiltərə və Prussiya müttəfiq qoşunlarına yenildi. Bununla da Fransa ilə müttəfiq Avropa dövlətləri arasında 33 il davam edən müharibə sona çatdı. İkinci dəfə taxtdan endirilən Napoleon Müqəddəs Yelena (Saint Helen) adasına sürgün edildi.

*** 

  Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin 1918-ci il 18 iyun tarixli qərarı ilə hökumətin dini məsələlərlə bağlı iclaslarında şeyxülislam və müftiyə həlledici səs hüququ ilə iştirak etmək tapşırıldı.

***

  1937-ci ilin bu günü Sovet təyyarəçiləri Valeri ÇkalovGeorgi Baydukov və Aleksandr Belyayev AHT-25 təyyarəsilə birbaşa Moskva – Şimal qütbü – Amerika marşrutu ilə uçub Kanadanın Vankuver şəhərində yerə endilər. Bu marşrut Avropadan Amerikaya indi də ən qısa yol sayılır.

*** 

  18 iyun 1941-ci ildə İkinci Dünya Müharibəsi zamanı Bolqarıstanı işğal edən Almaniya və Türkiyə arasında “Hücumetməmə paktı” imzalandı. Almaniya bu müqavilədən 4 gün sonra Rusiyanın işğalı üçün “Barbarossa planı”nı işə saldı.

*** 

  1972-ci il 18 iyunda 65 ölkədə pilotlar təyyarələrin qaçırılmasına etiraz olaraq 1 günlük boykot elan etdilər. Türkiyə pilotları da bu boykotu dəstəklədi.

***

  1989-cu ildə erməni quldur dəstələri Ermənistanın Masis rayonunun azərbaycanlılar yaşayan kəndlərində qətliamlar törətdilər. Nəticədə 100-dən çox insan həlak oldu, minlərlə azərbaycanlı yurd-yuvasından didərgin düşdü.

*** 

  2007-ci ildən 18 iyun Azərbaycan İnsan Hüquqları Günüdür.

***

18 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

***

  1917-ci ilin bu gün Azərbaycanın görkəmli bəstəkarı, professor Cövdət Haciyev anadan olub.

  4 simponiya, “Mingəçevir”, “Sülh uğrunda” simfonik poemaları, neçə-neçə oratoriya və suitaların müəllifi olan C.Hacıyev dahi bəstəkar Qara Qarayevlə birlikdə “Vətən” və “Ayna” operalarını yazıb. (1917-2002)

***

  “Ana” romanı ilə dünyaşöhrəti qazanan rus yazıçısı Maksim Qorki 1936-cı ilin 18 iyununda 68 yaşında vəfat edib. (1868-1936)

Oxşar Xəbərlər