Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
1885-ci ilin 2 may tarixində Kastamonu Əbdürrəhman Paşa liseyinin təməli atıldı. Bu məktəb Türkiyədə açılan ilk rəsmi lisey sayılır.
***
1926-cı ilin 2 mayında Atlantik okeanının iki yaxası arasında ilk faks mesajı göndərilib.
***
1982-ci ildə Folklend adası uğrunda müharibənin gedişatında Britaniyaya məxsus “Konkverer” sualtı qayığı Argentinanın hərbi dəniz donanmasının iftixarı sayılan “General Belqrano” kreyserini batırdı. Üç torpedo atəşindən 36 saat sonra gəmi Cənubi Atlantikanın sularında qərq oldu.
***
2 may 2011-ci ildə Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində Pakistanın Abbottabad şəhərində Əl-Qaidə terror təşkilatının başçısı Usame bin Laden öldürüldü.
***
2 may: İranda müəllimlər günüdür.
1892 — Rusiya İmperiyasında, Kiyevdə ilk dəfə elektrikli tramvay işə düşdü.
1935 — Sovet Sosialist Respublikaları İttifaqı və Fransa arasında qarşılıqlı yardım müqaviləsi imzalandı.
1968 — İsrail televiziyasının ilk yayımı baş tutub.
1984 — F-16 təyyarələrinin Türkiyədə istehsalına razılıq əldə edildi.
1997 — Toni BleyrBöyük Britaniyanın baş naziri seçildi.
2004 — Panamada parlament seçkiləri keçirildi.
2 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
Bu gün Avropada intibah dövrü incəsənətinin dahi nümayəndələrindən biri – rəssam, şair, ixtiraçı və mühəndis Leonardo de Vinçinin xatirə günüdür.
İtaliyanın bu görkəmli sənətkarı öz dövrünə görə xeyli mütərəqqi ideyalar irəli sürdüyü üçün kilsə inkvizisiyası tərəfindən daim təqib olunub.
Leonardo de Vinçi dahi rəssam olmaqla yanaşı, həm də riyaziyyatçı, mexanik və mühəndis idi. (1452-1519)
***
“Fizikada eksperiment dahisi” adlanan amerikalı alim Robert Vud 1868-ci ilin bu günü Konkord şəhərində dünyaya gəlib.
32 yaşında ikən London Kral Cəmiyyəti kafedrasında məruzə oxuyan Robert 33 yaşında artıq Hopkins Universitetinin professoru idi. (1868-1955)