571-ci ilin 20 aprel tarixində dünyanın son peyğəmbəri Hz.Məhəmməd Məkkədə anadan olub.

***

  1814-cü ildə Fransaya qarşı müharibədə qalib gələn dövlətlər imperator Napoleonu qvardiyası ilə birlikdə Elba adasına sürgünə göndərdilər. Bununla əlaqədar Paris yaxınlığında Fontenblo sarayı qarşısında Napoleonla vida mərasimi təşkil olundu. 

***

  Ədəbiyyat tarixinin ilk detektiv hekayəsi sayılan “Morq küçəsi cinayəti” 1841-ci ilin 20 aprelində dərc edildi. Edqar Allen Poe tərəfindən yazılmış əsərdə hadisələr qəhrəmanın iş yoldaşı tərəfindən danışılır.  

***

  20 aprel 1924-cü ildə Türkiyə Respublikasının ilk konstitusiyası olan “1924 Konstitusiyası” qüvvəyə mindi. Bu konstitusiya 1961-ci ilə qədər etibarlı sayıldı.

***

  1933-cü ilin 20 aprel günündə Bolqarıstanın Razqrad şəhərindəki türk qəbiristanlığının bir bolqar qrup tərəfindən yerlə-yeksan edilməsiylə İstanbulda “Razqrad hadisələri” başlandı.

***

  20 aprel 1970-ci ildə ABŞ prezidenti Riçard Nikson (Richard Nixon) Vyetnamdan 150 min Amerika əsgərinin geri çəkiləcəyini açıqladı.

***

20 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanda səhiyyənin inkişafında böyük xidmətləri olan professor Əbülfəz Qarayev 1885-ci il aprelin 20-də Bakıda anadan olub.

  Ölkədə qadın və uşaq müalicə müəssisələrinin təşkilatçılarından biri olan Ə.Qarayev 1938-ci ildən ömrünün sonunadək – 14 il Azərbaycan pediatriya cəmiyyətinin sədri olub. (1885-1952)

***

  Azərbaycanın görkəmli komediya ustası və xalq artisti Nəsibə Zeynalova 1917-ci ilin bu günü Bakıda, Azərbaycan teatr sənətinin banilərindən olan Cavanşir Zeynalovun ailəsində dünyaya gəlib.

  Nəsibə Zeynalovanın ən məşhur rolu “Qaynana” komediyasındakı qaynana – Cənnət obrazıdır. (1917-2004)

QİA.az

Oxşar Xəbərlər