Tarixdə bu gün – 20 iyun

İyn20,2021

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

404-cü ildə Ayasofya kilsəsi iğtişaşlar zamanı yandırıldı.

  Bizans imperatoru Teodosius kilsəni yenidən bərpa etdirərək ibadətə açdı.

***

  1947-ci il 20 iyunda Amerika Birləşmiş Ştatlarında Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) yaradıldı. Xarici dövlətlərə dair leqal və qeyri-leqal yollarla alınmış məlumatlar əsasında ABŞ-ın ali rəhbərliyinə informasiya verən bu idarə dünyanın ən geniş kəşfiyyat şəbəkələrindən biridir.

***

  Kipr türklərini yunanların zorakılığından qorumaq məqsədilə Türkiyə 1974-cü il iyunun 20-də bu adaya desant çıxartdı.

  Sonradan davam edən qarşıdurmalar nəticəsində Kipr 2 yerə – yunan (Cənubi Kipr) və türk (Qıbrız – Şimali Kipr Türk Respublikası) hissələrinə ayrıldı.

*** 

  Türkiyənin Avstriya Səfirliyinin Çalışma (Əmək) Xidməti attaşesi Ərdoğan Özen 20 iyun 1984-cü ildə erməni terror təşkilatı ASALA-nın onun avtomobilinə yerləşdirdiyi bombanın partlaması nəticəsində həlak oldu.

***

  20 iyun Özbəkistanın dövlət müstəqilliyi günüdür (1991).

***

  2001-ci ildə BMT Baş Assambleyasının qərarı ilə 20 iyunun Ümumdünya Qaçqınlar Günü kimi qeyd etmək haqqında qətnamə qəbul edildi.

***

  Azərbaycan prezidentinin 2006-cı il 12 iyun tarixli sərəncamı ilə 20 iyun ölkədə Qaz Sənayesi İşçilərinin Peşə Bayramıdır.

*** 

  20 iyun 2009-cu ildə İraq türkmənlərinin yaşadığı Tazehurmatu qəsəbəsində terror təşkilatı DAEŞ-in (İŞİD) məscidə bombalı hücumu zamanı 70-dən çox adam həyatını itirdi.

***

20 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın görkəmli səhnə ustası Əli Qurbanov 1898-ci ilin bu günü dünyaya gəlib.

  150-dən çox səhnə obrazı yaradan, oyunlarında realizm və milli kolorit səciyyəvi cəhətlər olan Əli Qubanov Cəfər Cabbarlının tamaşaya qoyulmuş aparıcı surətlərinin ən yaxşı ifaçılarından sayılır. (1898-1962)

***

  Görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirov 1921-ci il 20 iyunda Bakının Balaxanı kəndində anadan olub.   

  Yarım əsrlik bir yaradıcılıq dövründə bəstələdiyi əsərlər Azərbaycan milli musiqi xəzinəsinin nadir inciləridir.

  Cahangir Cahangirovun yaradıcılığında xor musiqisi xüsusi yer tutur. O həm də bir-birindən gözəl mahnıların müəllifidir. “Yenilməz batalyon”, “Dəli Kür”, “Koroğlu”, “Dağlarda döyüş” kinofilmlərinin musiqiləri də ona aiddir. (1921-1992)

***

  1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmindən Asya obrazı ilə tanınan Azərbaycan səhnə ustası Rəhilə Məlikova 1923-cü ilin bu günü dünyaya gəlib. (1923-1996)

***

  Tanınmış ədəbiyyatşünas, professor Nazim Axundov 1924-cü il iyunun 20-də Qarabağın mərkəzi Şuşada anadan olub. “Molla Nəsrəddin jurnalı tarixinin tədqiqi” mövzusunda namizədlik, “Azərbaycan satira jurnalları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.  

  Nazim Axundov Azərbaycan ədəbiyyatı və tarixi üçün həm də zamanında “Qarabağ səlnamələri”, iki cildlik “Qarabağnamələr”i yazıb. (1924-1994).

***

  20 iyun Azərbaycan Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirə günüdür.  

  1992-ci ildə könüllü olaraq cəbhəyə yollanan Gültəkin əvvəlcə Turşsuda, sonra Şuşada gedən döyüşlərdə iştirak edib. Şuşanın işğalından sonra Laçının, Qubadlının müdafiəsində həkim kimi döyüşçülərə yaxından köməklik göstərib.

  Gültəkin Əsgərova 1992-ci ilin bu günü Aranzəmin – Naxçıvanik istiqamətində gedən ağır döyüşlərdə həlak olub. (1960-1992)

Oxşar Xəbərlər