Tarixdə bu gün – 21 iyun

İyn21,2021

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

921-ci ilin 21 iyununda xəlifə əl-Müqtədirin hakimiyyəti dövründə Bağdaddan geniş tərkibli səfirlik uzaq səyahətə yola düşdü. Onlar 2 il ərzində Buxarada, Xarəzmdə, Xəzəryanı torpaqlarda, Orta Volqaboyunda, Kama çayı sahillərində oldular. Bu səyahətdən qayıtdıqdan sonra səfirliyin katibi vəzifəsini icra edən Əhməd ibn-Fədlan məşhur “Risalə”sini yazdı. Həmin risalədə ibn Fədlan Orta Asiya, Xəzər dövləti və həmin dövrlərdə yenicə İslamı qəbul etmiş Volqa Bulqarıstanı haqqında qiymətli məlumatlar verib. 

***

  1918-ci il 21 iyunda Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət bayrağı təsis edildi. Qərarda deyilir: “Qırmızı parçadan hazırlanmış, üzərində qırmızı fonda ağ aypara və ağ səkkizguşəli ulduz təsviri olan bayraq Azərbaycan dövlət bayrağı qəbul edilsin”.

***  

  21 iyun 1990-cı ildə İranın paytaxtı Tehrandan 200 km. şimal-qərbdə 7,3 bal gücündə zəlzələ baş verdi, yüzlərlə kənd məhv oldu, 40 mindən çox insan həyatını itirdi.

***

21 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  “Şahzadə” adlı məşhur əsərilə hakimiyyətdə “Makiavellianizm” cərəyanını yaranmasına səbəb olmuş İtaliya tarixçisi və yazıçı Nikkolo Makiavelli (Niccolo Machiavelli) 1527-ci ilin bu günü 58 yaşında dünyadan köçüb. (1469-1527)

*** 

  “Əlvida, silah”, “Kilimancaronun qarları”, “Qoca və dəniz” kimi məşhur əsərlərin müəllifi, görkəmli Amerika yazıçısı Ernest Heminquey 1889-cu il 21 iyunda anadan olub.

  Əsərləri əksər xalqların dilinə tərcümə edilən E.Heminquey “Qoca və dəniz” kitabına görə Nobel mükafatına layiq görülüb. (1889-1961)

***

  Məşhur fransız yazıçısı, publisit, ekzistensializm fəlsəfi cərəyanının yaradıcılarından biri Jan Pol Sartr 1905-ci ilin bu günü dünyaya gəlib. “Özümə”, “Azadlıq yolları”, “Milçəklər”, “Bağlı qapı arxasında”, “Şeytan və Tanrı” və digər pyesləri ona böyük şöhrət qazandırıb.

  Jan Pol Sartr 1964-cü ildə “Sözlər” povestinə görə Nobel mükafatına layiq görülsə də, ondan imtina edib. (1905-1980)

Oxşar Xəbərlər