Tarixdə bu gün – 26 may

May26,2021 #26 may #tarixdə bu gün

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1897-ci il 26 mayda yazıçı Brem Stokerin (Bram Stoker) ədəbiyyat, teatr və kino sahəsində bir çox əsərə ilham qaynağı olan “Drakula” romanı ilk dəfə İngiltərədə oxuculara təqdim edildi.  

***

  1918-ci il mayın 26-da Tarnsqafqaz seyminin Tbilisidəki sonuncu iclası keçirildi. Həmin iclasda seym buraxıldı və Gürcüstan təntənəli şəkildə öz istiqlaliyyətini elan etdi. Bununla da Qafqazda ilk müstəqil dövlət yarandı.

***   

  26 may 1944-cü ildə Nuri Demirağın fabrikində hazırlanan ilk yerli Türkiyə sərnişin təyyarəsi İstanbuldan Ankaraya ilk uçuşunu həyata keçirdi.

***

  26 may Qayana respublikasının milli bayramıdır.

  Cənubi Amerikanın şimal-şərqindəki bu dövlət 1966-cı ilin bu günü iqtiqlaliyyətini elan edib. O zamana qədər bu torpaqlar Britaniya Qvianası adı ilə Böyük Britaniyanın müstəmləkəsi idi. 

***

  26 may 2003-cü ildə Əfqanıstanda hərbi xidmətdə olan İspaniya Sülh Qüvvələri əsgərlərini daşıyan Ukrayna Hava Yollarına aid təyyarə Türkiyənin Trabzon şəhərinin Maçka qəsəbəsi yaxınlığında qəzaya uğradı, 13 heyət üzvü, 62 əskər olmaqla 74 nəfər həlak oldu.

*** 

  2006-cı ilin 26 mayında İndoneziyanın Yava (Java) adasında 6,3 bal gücündə zəlzələ baş verdi: 5800 nəfər həyatını itirdi, 38 min adam yaralandı, 600 mindən çoxu evsiz qaldı.

***

  26 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1512-ci ilin bu günü Osmanlı imperatorluğunun 8-ci sultanı, II Mehmetin oğlu və I Səlimin atası II Bayezid vəfat edib. (1447-1512)

***

  19-cu əsrdə Əlcəzayir xalqının Fransa boyunduruğuna qarşı mübarizəsini təşkil edən ərəb əmiri, din xadimi, sərkərdəsi və xalq qəhrəmanı Əbdülqədir əl-Cezayiri 1883-cü ilin 26 mayında dünyadan köçüb. (1808-1883)

***

  Tanınmış Azərbaycan ədəbiyyatşünası, publisist Vəli Xuluflu 1894-cü ilin bu günü anadan olub. Uzun müddət mətbuatda və elmi-tədqiqat institutlarında çalışıb. 

  Yeni Türk (Azərbaycan) Əlifbası Komitəsinin üzvü və yeni əlifbanın digər ölkə xalqları arasında yayılması üzrə təlimatçı olan Vəli Xuluflu “Yeni türk əlifbası”, “Koroğlu”, “Tapmacalar”, “Səlcuq dövlətinin daxili quruluşuna dair” və digər kitabların müəllifidir. (1894-1938)

***

  Azərbaycan alimi, maarifçi demokrat Məhəmmədəli Tərbiyət 1877-ci il 22 mayda Təbrizdə anadan olub.

  Ərəb, fars, fransız və ingilis dillərini mükəmməl bilən Tərbiyət Təbrizdə mədrəsə və kitabxana açıb, “Gəncineyi-fünun”, yəni “Bilik xəzinəsi” adlı jurnal nəşr etdirib, “İttifaq” qəzetinin redaktoru olub.

  Maarifçi demokrat 1911-ci il Səttarxan hərəkatının süqutundan sonra Berlin və İstanbula gedib. 

  10 il sonra (1921) vətəninə qayıdan Məhəmmədəli Tərbiyət Cənubi Azərbaycan maarif idarəsinin rəisi, Təbrizin bələdiyyə sədri olub, bir neçə dəfə İran Milli Məclisinə deputat seçilib.

  M.Tərbiyət qədim dövrlərdən 20-ci əsrin 30-cu illərdinədək yazıb-yaratmış azərbaycanlı alim, şair, yazıçı, rəssam, nəqqaş və musiqiçilər haqqında geniş məlumat verən “Danişməndani-Azərbaycan” əsərini yazıb. Onun Cənubi Azərbaycan coğrafiyasında dair də əsərləri var. (1877-1940)

***

  Türkiyədə “stand-up” ənənəsini başlayan, aktyor və radio-televiziya aparıcısı Orhan Boran 2012-ci ilin 26 mayında dünyasını dəyişib. (1928-2012)  

Oxşar Xəbərlər