Tarixdə bu gün – 28 May

May28,2021 #28 May #tarixdə bu gün

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1812-ci ilin 28 mayında Osmanlı dövləti ilə çar Rusiyası (Romanovlar) arasında Bükreş müqaviləsi imzalandı və Osmanlı – Rusiya müharibəsi sona çatdı.

***

  28 may 1830-cu ildə ABŞ-ın 7-ci prezidenti Endryu Cekson (Andrew Jackson) Amerikadakı qırmızı dərililərin yer-yurdlarından çıxarılması və başqa yerlərə sürgün edilməsinə dair Yerli Məskunlaşma Qanununu imzaladı. Hərbi güc istifadə edilərək 100 min qızıldərili ölkənin qərbinə sürgün edildi. Köç zamanı 30 min qırmızı dərili həyatını itirdi.  

***

  1913-cü ilin 28 may tarixində Osmanlı dövlətində ilk feminist təşkilat sayılan Teali-i Nisvan, yəni Qadınların Vəziyyətini Yaxşılaşdırma Dərnəyi quruldu.

***

  1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Şərqin ilk müsəlman-türk dövləti Azərbaycan Demokratik Cümhuriyyəti quruldu.

  Dünyəvi təməl üzərində qurulan ilk türk dövləti olan Azərbaycan Demokratik Respublikasının yaranması həm də bütün dünyada gedən ictimai-siyasi proseslərin tərkib hissəsi olduğu üçün Rusiya imperiyasının dağılması baxımından da əhəmiyyətli hadisə idi. 

***

  1952-ci ilin 28 mayında Yunanıstanda qadınlara seçmə haqqı verildi.

***

  28 may 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Qurumu – UNESCO “Ən çox danışılan dillər” sırasına Türkiyə türkcəsini də qəbul etdi.

***

  1961-ci ilin 28 may tarixində Londonda Beynəlxalq Əfv Təşkilatı yaradıldı.

***   

  Soyuq müharibənin gərgin dövründə “Cesna” təyyarəsi ilə Qərbi Almaniyadan yola düşən pilot Matias Rust (Mathias Rust) Sovet hava müdafiəsi sistemini atladaraq 28 may 1987-ci ildə Qırmızı Meydana endi. Bu hadisə SSRİ-nin dağılması və Soyuq Müharibənin sona çatması prosesinin dönüş nöqtələrindən biri oldu.

***

  28 may 1992-ci ildə Naxçıvanla Türkiyə arasında Sədərək-Dilucu Ümid Körpüsünün açılış mərasimi oldu. O vaxta qədər tam blokada şəraitində yaşayan Naxçıvan ağır iqtisadi sosial problemlər məngənəsində sıxılırdı.

***            

  28 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Ümumtürk dünyasının dahi şairi, Azərbaycan ədəbi-bədii dilinin banilərindən biri Məhəmməd Füzuli 1494-cü ilin bu günü İraqın Kərbəla şəhərində anadan olub.

  O, Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb-yaradıb. Lirikası dərin fəlsəfi məzmuna malikdir.

  Füzuliyə görə, məhəbbət insana, onun gözəlliyinə və şüuruna pərəstiş, həyat eşqi, dostluq və sədaqət deməkdir.

  Yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir.

  Füzulinin “Bəngü-badə”, “Yeddi cam”, “Səhhət və mərəz”, “Şikayətnamə” əsərləri də dərin fəlsəfi fikirlərlə doludur. O, öz əsərlərilə Azərbaycan bədii dilini yeni səviyyəyə qaldıraraq klassik ədəbiyyata, eləcə də digər türkdilli xalqların poeziyasına güclü təsir göstərib. Əsərləri dünyanın əksər ölkələrində çap olunub. (1494-1556)

***

  28 may Türkiyə ədəbiyyatının mühüm adlarından biri, şair Edip Canseverin xatirə dünüdür. O, 1986-cı ilin bu günü 58 yaşında dünyasını dəyişib. (1928-1986)

Oxşar Xəbərlər