Tarixdə bu gün – 29 aprel

Apr29,2021 #29 aprel #tarixdə bu gün

VII əsrin ortalarında Xilafət ordusu ərəb sərkərdəsi Salman ibn Rəbiənin başçılığı ilə Qafqaz Almaniyası ərazisinə (indiki Azərbaycan respublikası) hücum edib. Nəticədə Kür çayının sağ sahili ərəblər tərəfindən işğal olunub. Şirvan və Dərbənd qoşunları Xəzər xaqanının köməyilə azadlıq mübarizəsinə qalxıblar.

  Ərəb qoşunları ilə xəzərlər arasında Bələncər adlanan yerdə baş vermiş döyüşdə Xilafət ordusu məğlubiyyətə uğrayıb. 653-cü il aprelin 29-da isə ərəb sərkərdəsi Salman ibn Rəbiə döyüş zamanı öldürülüb. 

***

  Fransa xalqı üçün aprelin 29-nu əlamətdar günlərdən biridir. 1429-cu ilin bu günü fransız qoşunları xalq qəhrəmanı Janna de Arkın başçılığı altında Orlean şəhərini azad ediblər.

  Amma Fransa inkvizisiya məhkəməsi Janna de Arkı cadugərlikdə günahlandıraraq ölüm hökmünə qərar verib. 

  Məhkəmədə bu vətənpərvər qızı ingilislərlə barışığı pozmaqda günahlandırarkən Janna hakimlərə belə deyib: “Sülhü ancaq nizənin ucunda əldə etmək olar”.    

***

  1916-cı ildə Xəlil Kut Paşanın komandanlığı altındakı 6-cı Osmanlı Ordusu İraq cəbhəsində Kutül Ammare qəsəbəsində Bağdadı işğal etmək istəyən İngiltərə-Mesopotamiya ordusunu mühasirəyə aldı. 5 ay sürən Kutül Ammare mühasirəsindən sonra general Taunsend (Towshend) 18 minlik ingilis ordusu ilə təslim olmaq məcburiyyətində qaldı. Bu hadisə hadisə tarixə Kutül Ammare Zəfəri olaraq düşdü.

***

  1920-ci ilin 29 aprelində Hiyaneti-Vataniya Qanunu qəbul olundu. Üsyanların genişləndiyi bir dövrdə qəbul edilən qanunun məqsədi Türkiyə Böyük Millət Məclisi ətrafında təşkilatlanmağı və birləşməyi təmin edək idi.

***

  29 aprel 1945-ci ildə Almaniya ordusu İtaliyada müttəfiqlərə qeyd-şərtsiz təslim oldu. Polşadakı Daçau (Dachau) Toplama Düşərgəsində tutulanları müttəfiq qüvvələri azad etdi.     

***

  UNESCO-nun qərarı ilə fransız baletmeystreri Jan Jorj Noverin (Jean-Georges Noverre) ad günü şərəfinə 1982-ci ildən 29 aprel Beynəlxalq Rəqs Günü olaraq qeyd olunur.

***

  1991-ci ilin 29 aprelində Banqladeşdə baş verən qasırğa 138 min insanın ölümünə və 10 milyon nəfərin evsiz qalmasına səbəb oldu.

***

29 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Böyük alman riyaziyyatçısı Karl Fridrix Qauss (Carl Friedrich Gauss) 1777-ci ilin bu günü dünyaya gəlib.

  Riyaziyyat və astronomiyanın mütəlif sahələrinə dair əsərlərin müəllifi olan, pərgar və xətkeşin köməyilə düzgün 17 bucaqlını quran Qauss vəfatından sonra heykəlinin də 17 bucaqlı postament üzərində qoyulmasını vəziyyət edib. (1777- 1855)

***

  1951-ci ilin 29 aprelində Şərqi Türküstanın Milli Qəhrəmanı Osman Batur xan Çin tərəfindən öldürülüb.

  Osman Batur Altay-Qazax türklərindən olan, Şərqi Türküstanın azadlığı üçün ruslar və çinlilərlə mübarizə aparan qəhrəman bir partizan olub. (1899-1951)

***

  29 aprel 1979-cu ildə Türkiyə teatrı və kinosunun görkəmli rejissoru və aktyoru Möhsün Ərtoğrul (Muhsin Ertoğrul) dünyasını dəyişib. (1892-1979)

***

  “Psixo” və “Quşlar” kimi klassik triller filmləri ilə tanınan rejissor Alfred Hiçkok (Alfred Hitchcock) 1980-ci ilin 29 aprelində 81 yaşında həyatdan köçüb. (1899-1980)

QİA.az

Oxşar Xəbərlər