Tarixdə bu gün – 5 iyun

İyn5,2021

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

Amerika yazıçısı Harriet Biçer Stounun (Harriet Beecher Stowe) sonradan 23 dilə çevriləcək və filmi də çəkiləcək köləlik əleyhinə “Tom əminin daxması” romanı 1851-ci ilin 5 iyunundan bir qəzetdə nəşr olunmağa başladı.

*** 

  5 iyun 1926-cı ildə Türkiyə Millətlər Birliyinin şərtlərini qəbul edərək Mosul və Kərkükü İraqa verdi. İngiltərə ilə imzalanan müqaviləyə əsasən, İraq da neft gəlirlərinin 10 faizini 25 il boyu Türkiyəyə verməyə razılaşdı.

***

  Türkiyənin Kiprə (Kıbrız) müdaxiləsinin qarşısını almaq məqsədilə ABŞ prezidenti Lindon Beyns Concon (Lyndon Baines Johnson) 1964-cü ilin 5 iyununda Türkiyə tarixinə “Conson məktubu” olaraq düşən, Türkiyənin Kiprə qarşı NATO-dan aldığı silahlardan istifadə etməyəcəyini bildirən, içi təhdidlərlə dolu ağır bir məktub göndərdi.

  Bu məktuba dövrün baş naziri İsmət İnönü “Yeni bir dünya qurular və Türkiyə bu dünyada öz yerini tutar” cümləsi ilə cavab verdi.

*** 

  5 iyun 1967-ci ildə İsrail və Misir, İordaniya, Suriya arasında 6 günlük müharibə başladı. Müharibə Misir Hərbi Hava Qüvvələrini bir gün içində tamamilə məhv edən İsrailin üstünlüyü ilə sona çatdı.                                                 

***

  5 iyun Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür. Bu qərar 1972-ci ilin 5 iyun tarixində İsveçin Stokholm şəhərində Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Konfransında verildi.

  Ətraf mühitin mühafizəsinə hər il dünyanın qabaqcıl ölkələrində külli miqdarda vəsait xərclənir, enerji əvəzediciləri axtarışı sahəsində tədqiqat işləri aparılır.

  Ekoloji problemlər planetin hər yerində, o cümlədən Azərbaycan və Türkiyədə də ciddi narahatlıq doğurur. Dövlət səviyyəsində həyata keçirilən proqramlar bu problemlərin həllinə əsaslı zəmin yaradır.

***

  5 iyun 1975-ci ildə İsrail və ərəb ölkələri arasında olan “Altı günlük müharibə” zamanı bağlanılan Süveyş kanalı beynəlxalq dəniz yoluna bir də 8 ildən sonra açıldı.

***

5 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Tanınmış ispan şairi və dramaturqu Federiko Qarsia Lorka (Federico García Lorca) 1898-ci ilin bu günü anadan olub.

  Kitablarında burjua mühiti, irqi ayrı-seçkiliyi kəskin tənqid edən Lorka əsərlərində folklordan da yaradıcılıqla istifadə edib.  

  Antifaşist hərəkatında iştirak edən Federiko Qarsia Lorka 1936-cı ildə Qranada yaxınlığında faşistlər tərəfindən qətlə yetirilib. (1898-1936)

***

  Türkiyənin məşhur “Yeşilçam” kinostudiyasının filmlərində rol alan, 1 romanı, 4 şeir kitabı olan şair, kino və teatr aktyoru Cahit İrqat 1971-ci ilin bu günü 55 yaşında dünyasını dəyişib. (1916–1971)

Oxşar Xəbərlər