Tarixdə bu gün – 9 may

May9,2021 #9 may #tarixdə bu gün

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

9 may Rumıniya Müstəqillik Gününü qeyd edir. Bu ölkə 1877-ci ildə istiqlaliyyət qazanıb. Həmin vaxta qədər Osmanlı imperiyasının tərkibində idi.  

***

  Efiopiyanı işğal etdikdən sonra baş nazir Benito Mussolini 1936-cı ilin 9 mayında İtaliyanı Faşist İmperiyası elan etdi.

***

  Bütün mütərəqqi bəşəriyyət 9 mayda alman faşizmi üzərində qələbəni keçirir.  

  1945-ci il mayın 8-də alman generalları danışıqsız təslim aktını imzaladıqdan sonra ertəsi gün paytaxt Moskva və SSRİ-nin müttəfiq respublikalarında atəşfəşanlıq və bayram tədbirləri oldu.  

  Həmin gün Birinci Ukrayna Cəbhəsinin qoşunları üsyan qaldıran yerli sakinlərlə birlikdə Çexoslavakiyanın paytaxtı Praqanı da faşistlərdən azad edib.  

***

  1950-ci ilin 9 mayında Fransanın xarici işlər naziri Robert Şuman (Robert Schuman) Fransa və Qərbi Almaniyada kömür və polad sənayesini bir dam altında birləşdirməyi təklif etdi. Bu təklif Avropa İttifaqının yaranmasının səbəbi oldu.

  1985-ci ildə Milan Zirvə Toplantısında Avropa ölkələri başçıları 9 may tarixini Avropa Günü olaraq qeyd etməyə qərar verdilər.

***

  1978-ci il martın 16-da “Qırmızı briqada” terror təşkilatı tərəfindən qaçırılan İtaliyanın baş naziri Aldo Moronun cəsədi 16 mayda Romada bir avtomobil baqajında tapıldı.

***

9 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün böyük alman yazıçısı Fridrix Şillerin xatirə günüdür. O, 1805-ci il mayın 9-da 46 yaşında dünyasını dəyişib.

  Fridrix Şiller və alman şairi İohan Volfranq Höte birlikdə klassik alman ədəbiyyatının bünövrəsini qoyublar.

  F.Şillerin “Qaçaqlar”, “Məkr və məhəbbət”, “Mariya Stüart”, “Don Karlos” pyesləri bu gün də dünya teatrlarının səhnəsində oynanılır. (1759-1805)

***

  Azərbaycanda mikrobiologiya məktəbinin təşkilatçılarından biri, görkəmli alim, akademik Məmmədtağı Qəniyev 1907-ci ilin bu günü Şamaxıda anadan olub. (1907-1979)

Oxşar Xəbərlər