Tarixdə ilk: həm babası, həm də özü Çempionlar Kubokunu qazandı

May30,2021

İngiltərənin “Çelsi” klubunun futbolçusu Markos Alonso unikal tarixi nailiyyətin müəllifi olub. 

“QİA.az”ın “Opta Jose”yə istinadən məlumatına görə, ispaniyalı müdafiəçi babası Markitos Alonso kimi avrokubok qazanıb.

Markitos Alonso da müdafiəçi mövqeyində çıxış edib və İspaniya “Real Madrid”inin heyətində 5 dəfə – 1956 – 1960-cı illərdə Çempionlar Kubokuna yiyələnib. O, 2012-ci ildə 78 yaşında dünyasını dəyişib və bundan 9 il sonra nəvəsi Markos Alonsonun karyerasında ilk dəfə Çempionlar Liqasını qazanmasını görə bilməyib.

Qeyd edək ki, “Çelsi” finalda “Mançester Siti”ni məğlubiyyətə uğradıb – 1:0. Hazırda Çempionlar Liqası Çempionlar Kubokunu əvəzləyir.

Oxşar Xəbərlər