1453-cü ildə İstanbulu mühasirəyə alan Osmanlı ordusu Fateh Sultan Mehmetin əmri ilə donanmanı quru yoluna saldı və Haliçə endirdi. Bu qərar Bizansın müdafiəsinin zəifləməsinə səbəb oldu.
***
1835-ci ildə Şimali Amerikanın Hindu qəbilələrindən birinin başçısı, “Qalxan günəş” ləqəbilə tanınan Otseolo müstəmləkəçilərin daimi yaşayış yerlərindən köçmək barədə müqaviləyə imza atmaq təklifinə cavab olaraq sənədi bıçaqla cırıb. Bu hadisədən az sonra Otseolo müstəmləkəçilərə qarşı uğurlu müharibəyə başlayıb. Lakin 2 il sonra – 1837-ci ilin sonunda xəyanət nəticəsində əsir düşərək zindanda həlak olub.
Məşhur irland yazıçı Mayn Rid (Thomas Mayne Reid) onun şərəfinə özünün ən yaxşı romanlarından olan “Otseolo-seminolların rəhbəridir” əsərini qələmə alıb.
Otseolo haqqında bədii film də çəkilib.
***
1918-ci ilin bu günü Zaqafqaziya Demokratik Federativ Respublikası yaradıldı. Bu federasiyada Azərbaycan, Gürcüstan və Ermənistan birləşmişdi.
Azərbaycandan 5 nümayəndə, o cümlədən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli federasiya hökumətində təmsil olunurdular. Lakin Qafqaz respublikasının ömrü az oldu: mayın 26-da Gürcüstanın çıxması ilə federasiya süquta uğradı.
***
1920-ci ilin bu günü Rusiya Kommunist partiyası Qafqaz əyalət komitəsinin Bakı bürosu “Azərbaycanda silahlı üsyanın başlanması” barədə qərar qəbul etdi. Bundan cəmi 5 gün sonra Azərbaycan Demokratik Cümhuriyyəti fəaliyyətini dayandırmağa məcbur oldu.
***
22 Aprel Yer Kürəsi Günü kimi qeyd edilir.
1970-ci ildən keçirilən bu bayram planetimizin sakinlərini ətraf mühitin qorunması işinə cəlb etmək məqsədi daşıyır.
***
Perunun paytaxtı Limada Yaponiya Səfirliyində 72 nəfəri 4 aydır girov saxlayan Tupac Amaru terrorçularına qarşı 1997-ci ilin 22 aprelində hərbi əməliyyat təşkil edildi. Qarşıdurmada təşkilat başçısı da daxil olmaqla 14 terrorçu öldürüldü.
***
2004-cü ilin 22 aprelində Şimali Koreyada neft və LPG yüklü iki qatarın toqquşması nəticəsində meydana gələn böyük partlayışda 161 nəfər həlak oldu.
***
22 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Neoklassik alman fəlsəfəsinin banisi İmmanuil Kant 1724-cü ilin bu günü Küniqsberqdə dünyaya gəlib.
Kantın fəlsəfəsi “Xalis zəkanın tənqidi”, “Praktik zəkanın tənqidi”, “Mühakimə qabiliyyətinin tənqidi” əsərlərində qabarıq şəkildə əks olunub.
Alman filosofunun görüşləri özündən sonrakı fəlsəfi fikrin inkişafına güclü təsir göstərib. (1724-1804)
***
Rusiya Kommiunist partiyasının banisi və 17 Oktyabr İnqilabının rəhbəri Vladimir İliç Ulyanov – Lenin 1870-ci ilin 22 aprelində doğulub.
İnqilabi fəaliyyətinə görə dəfələrlə sürgün olunan Lenin 1917-ci il Fevral Burjua İnqilabından sonra ilk dəfə sosialist çevrilişinin mümkünlüyü barədə fikir irəli sürüb və oktyabrın 25-dən 26-na keçən gecə həmin ideyanı həyata keçirib.
Leninin hakimiyyətdə olduğu dövrdə Rusiya və ətrafında “qırmızı terror” tüğyan edib. (1870-1924)
***
1929-ci ildə “Türkiyənin ilk gözəllik kraliçası” seçilən Feriha Tevfik beyninə qan sızması nəticəsində 22 aprel 1991-ci ildə İstanbulda dünyasını dəyişib. (1910-1991)