Tatarıstanda qadın ad və soyadını dəyişərək “Rusiya Prezidenti” kimi qeydə alınıb

Fev22,2021

Tatarıstanın Zelenodolsk sakini İrina Kalimullina pasportunda soyadını “Prezident”, adını isə “Rusiya” kimi dəyişdirib.

Bu barədə “QİA.AZ” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, onun atasının adı “Viktorovna” kimi qalıb. Rusiyanın yeni məlumatlarının olduğu pasport qadına 2020-ci ilin yayında verilib.

“Rusiya Prezidenti” adlanan qadının 39 yaşı var. O, valideynləri ilə birlikdə yaşayır. “Rusiya”nın anası ideyanı bəyənməyib və qıza əvvəlki adı qaytarmağı xahiş edib.

Qonşuların sözlərinə görə, “Rusiya” zərərli vərdişlərə qurşanıb: o, daim binanın blokunda siqaret çəkir. Qadın həmçinin Nijnevartovsk-Moskva qatarında papiros çəkdiyinə görə cərimə də edilib.

Oxşar Xəbərlər