Tayvanda rezin zavodunda güclü yanğın baş verib

Çinin Tayvan adasında rezin məhsullar istehsal edən zavodda güclü yanğın baş verib.

QİA.az  Tayvan mediasına istinadla xəbər verir ki, Taynan şəhərindəki sənaye zonasında baş verən yanğını söndürmək üçün 40-a yaxın texnika, o cümlədən robotlar cəlb olunub. Sosial şəbəkələrdə yayılan videolarda yanğının zavodun demək olar ki, bütün ərazisini əhatə etdiyi görünür.

Təxminən 6 saatlıq əməliyyatdan sonra yanğın nəzarət altına alınıb. İlkin məlumata görə, ölən və xəsarət alan olmasa da, zavoda dəyən maddi ziyan böyükdür.

Yanğınsöndürənlər zavodun anbarında saxlanılan metanol və toluol mayelərinin yanğına səbəb olduğunu güman edirlər.

Oxşar Xəbərlər