Tbilisi meri Bakıya səfər edəcək

İyl13,2021

Tbilisi şəhərinin meri Kaxa Kaladze bu gün Bakıya rəsmi səfər edəcək.

QİA.AZın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi meriyasının Mətbuat xidməti məlumat yayıb.

K.Kaladzenin ikigünlük səfər çərçivəsində Tbilisi və Bakının qardaşlaşması haqqında memorandum imzalayacağı gözlənilir.

O, həmçinin müxtəlif formatlarda yüksək səviyyəli görüşlər də keçirəcək.

Səfərdə meri müavini İlya Eloşvili müşayiət edəcək.

Oxşar Xəbərlər