Region

Tbilisidə sırğa taxan əcnəbi kişi bıçaqlanıb

Movavi

Gürcüstanın paytaxtı Tbilisidə xarici ölkə vətəndaşı bıçaqlanıb.

QİA.AZ xəbər verir ki, hadisə LGBT əleyhdarlarının etiraz aksiyası zamanı baş verib.

Etirazçılar əcnəbi kişini qulağındakı sırğaya görə cinsi azlıq nümayəndəsi zənn edərək onu döyərək soyuq silahla yaralayıblar. Həmin şəxs xəstəxanaya çatdırılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, qəsdən adam öldürməyə cəhddə ittiham olunan 1989-cu il təvəllüdlü şəxs saxlanılıb. Gəncin günahı sübuta yetirilərsə, onu 7 ildən 15 ilədək həbs gözləyir.

Yerli mətbuatın yazdığına görə, bıçaqlanan şəxs Polşa vətəndaşıdır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button