Tbilisidə cinsi azlıqların yürüşü ləğv olunub

Tbilisidə bu günə təyin olunan LGBT nümayəndələrinin “Ləyaqət yürüşü” keçirilməyəcək.

QİA.AZxəbər verir ki, bu barədə təşkilatçı – “Tbilisi Pride” QHT-nin yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, hakimiyyət cinsi azlıq tərəfdarlarının təhlükəsizliyini və sərbəst toplaşmaq hüququndan istifadəni təmin etməyib.

“Tbilisi Pride” ləyaqət uğrunda mübarizəni davam etdirəcəyini bildirib.

Qeyd edək ki, “Ləyaqət yürüşü” bu gün saat 18:00-da Rustaveli prospektində təyin olunmuşdu.

Oxşar Xəbərlər