Avropa Şurasının Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verilməsi ilə bağlı Tbilisinin mərkəzində yürüş keçirilib.
“Sənin səsin Avropa İttifaqına” adlı təədbirdə yüzlərlə insan iştirak edib.
Aksiya Tbilisinin mərkəzindəki Respublika meydanında başlayıb. Onun iştirakçıları, o cümlədən vətəndaş fəalları və müxalifət siyasətçiləri təxminən 3,5 km aralıda yerləşən Avropa Meydanına doğru irəliləyiblər.
Aksiyada ölkə prezidenti Salome Zurabişvili də iştirak edib. O, Avropa meydanı yaxınlığında yürüş iştirakçıları ilə görüşüb.
Vətəndaşlar özlərilə xüsusi olaraq yürüş üçün tikilmiş nəhəng Aİ bayrağı daşıyıblar. Bayrağın uzunluğu 33 m, eni isə 22 m-dir. Avropa İttifaqının bayrağının üzərində yerləşən 12 ulduz Gürcüstanın müxtəlif yerlərində tikilib. Yürüş təşkilatçılarının fikrincə, aksiyanın mahiyyəti gürcü xalqının Avropa İttifaqının bir hissəsi olmaq istəyini bir daha Avropaya göstərməkdən ibarətdir. Xatırladaq ki, dekabrın 15-də Avropa İttifaqı Gürcüstana üzvlüyə namizəd statusunun verilməsi və ya verilməməsi ilə bağlı qərarını açıqlayacaq.