TDƏŞ-in baş katibi: “Qarabağın çox böyük iqtisadi potensialı var”

“Türkdilli ölkələr Qarabağın bərpasında iştirak etmək niyyətindədir”.

“QİA.AZ” xəbər verir ki, bunu Bakıda keçirilən işğaldan azad olunmuş Qarabağ bölgəsinin bərpasına və inkişafına həsr olunmuş Türkdilli Dövlətlərin Biznes Forumunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Əmreyev deyib.

“Biz Qarabağın işğaldan azad edilməsini ilk gündən dəstəklədik və indi oranın bərpasında iştirak etmək niyyətindəyik. “Qarabağın çox böyük iqtisadi, o cümlədən geniş günəş və külək enerjisi potensialı var. Burada sənaye və kənd təsərrüfatı sahəsində də imkanlar böyükdür. Bu yaxınlarda Bakıdan Füzuliyə ilk aviareys təşkil edildi. Buna görə, mən Azərbaycanı təbrik edirəm”.

Oxşar Xəbərlər