TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.
QİA.Az xəbər verir ki, bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
2010 və 2014-cü il təvəllüdlü iki nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, Amid Seyran oğlu İsbərovu və Farid Vahid oğlu Məmmədovu elektrik cərəyanı vuraraq öldürüb.