Tehranda koronavirusa yoluxmaların artması ilə əlaqədar banklar və ticarət müəssisələri bağlanır.“QİA.AZ” İRİB-ə istinadən xəbər verir ki, koronavirusla mübarizə qərargahının əməliyyat şöbəsi katibi Babək Dinpərəst paytaxt Tehranda və qonşu Əlborze əyalətində bankların və ticarət məkanlarının 6 gün müddətinə bağlandığını açıqlayıb.Eyni zamanda paytaxtın mərkəzi bazarı da bağlanacaq.Qeyd edək ki, ötən 24 saat ərzində ölkədə 25.441 yoluxma qeydə alınıb. Hazırda “qırmızı təhlükə” zonasına Tehran, Xuzistan, Baloçistan əyalətləri aiddir.