Terrorçular Türkiyə hərbi bazasına hücum edib: Yaralılar var

Suriyanın şimalında terror təşkilatı  PKK/YPG Türkiyə Silahlı Qüvvələrinə məxsus “Zeytun Budağı” və “Fərat Qalxanı” baza ərazilərinə hücum edib.

Hücum nəticəsində 4 əsgər yaralanıb.

QİA.AZ xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

“Terror təşkilatı PKK/YPG Suriyanın şimalındakı “Zeytun Budağı” və “Fərat Qalxanı”  bölgələrindəki baza ərazilərimizə Ramazan ayında belə eyni vaxtda minaatan və MLRA atəşləri ilə hücum etdi. Hücum zamanı yaralanan 4 əsgərimiz Kilis Dövlət Xəstəxanasına təxliyə edilib.  Müəyyən edilmiş hədəflər isə dərhal vurularaq terrorçuların cavabı verilib”, -deyə məlumatda vurğulanıb.

Oxşar Xəbərlər