Onlayn şahmat üzrə “Skilling Open” turniri çərçivəsində Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda ermənistanlı Levon Aronyanla qarşılaşıb.
QİA.AZ-ın məlumatına görə, ağ fiqurlarla oynayan Teymur Rəcəbov prinsipial görüşdə qələbə qazanıb.
Bununla da Azərbaycan qrossmeysteri 7 turdan sonra xal hesabını 3,5-ə çatdırıb.