Teymur Rəcəbovun imtina etdiyi yarışın dəqiq bərpa vaxtı açıqlanıb

Şahmat

Şahmat üzrə İddiaçılar Turnirinin dəqiq bərpa vaxtı açıqlanıb.

“QİA.AZ” xəbər verir ki, bu barədə FIDE prezidenti Arkadi Dvorkoviç TASS-a açıqlamasında məlumat verib.

O bildirib ki, yarış aprelin 19-da qaldığı yerdən davam edəcək: “Qərarımıza əsasən, İddiaçılar Turnirinin VIII turu aprelin 19-da Yekaterinburqda baş tutacaq. Şahmatçılar XIV tura qədər 10 gün oynayacaqlar. Ümid edirik ki, bu dəfə hər şey qaydasında olacaq.

Dvorkoviçin sözlərinə görə, yarış iştirakçıları Yekaterinburqa aprelin 17-dək gəlməlidirlər: “Uçuş cədvəlindən asılı olaraq nə vaxt gələcəyimizə dair seçim var. Ancaq düşünürəm ki, şahmatçıların əksəriyyəti aprelin 17-dən əvvəl gələ biləcəklər. Aprelin 28-də son tur, aprelin 29-da isə tay-breyk olacaq”.

Qeyd edək ki, 2019-cu ildə Dünya Kubokunun qalibi olan Teymur Rəcəbov İddiaçılar Turnirindən koronavirusun yayılması səbəbindən imtina etmişdi. Rusiyanın Yekaterinburq şəhərindəki turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. 8 qrossmeysterin qatıldığı turnirin VIII turdan davam etdiriləcəyi açıqlanıb. 7 turdan sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür.

Oxşar Xəbərlər