“Tiktok”da qeyri-etik ifadələr işlədən qadın üzr istəyib

Avq17,2021

“Tiktok” sosial şəbəkəsində qeyri-etik ifadələr işlədən qadının şəxsiyyəti məlum olub.

QİA.AZ-ın əldə etdiyi məlumata görə, onun Bakının Nəsimi rayonunda kirayə yaşayan, 1988-ci il təvəllüdlü Anarə Natiq qızı Valehova olduğu müəyyənləşib.

Həmin şəxs polis orqanına dəvət olunub və onunla aparılan sorğu zamanı A.Valehova qeyri-etik ifadələr səsləndirdiyinə görə peşman olduğunu bildirərək üzr istəyib.

Bakı Şəhər Baş Polis İdarəsində A.Valehova barəsində araşdırmalar davam etdirilir.

Oxşar Xəbərlər