Azərbaycan Rusiyanın əsas tərəfdaşlarından biridir. Bizim ölkələrimizi bir-birinə həm ailə, həm də sahibkarlıq münasibətləri səviyyəsində minlərlə, hətta milyonlarla tellər bağlayır.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası (RF) Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Rusiyanın ölkəmizdəki səfirliyində jurnalistlərə açıqlamasında bildirib.
“Rusiyada çox sayda azərbaycanlı işləyir, Bakıda və Azərbaycanın digər şəhərlərində çox sayda rus yaşayır. Münasibətlərimizin təməlində dayanan amil məhz budur”, – deyə o əlavə edib.