İdman

Tokio-2020: Əfqanıstan təmsilçisi paralimpiadada çıxış edib

Movavi

Paralimpiyaçı Hüseyn Rəsuli “Taliban” qruplaşmasının ələ keçirdiyi Əfqanıstandan çıxdıqdan sonra Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edib.

“QİA.AZ”ın məlumatına görə, üç gün əvvəl Yaponiya paytaxtına çatan 26 yaşlı idmançının 100 metr məsafəyə qaçışa qatılması planlaşdılırıb.

Lakin bu yarışlar daha əvvəl baş tutduğu üçün paralimpiyaçı uzununa tullanma növündə mübarizə aparıb. Rəsuli 4,46 m nəticə ilə sonuncu – 13-cü olub.

O, “Taliban”ın yerləşdirdiyi minanın partlamasından sonra sol qolunun bir hissəsini itirib. Beynəlxalq Paralimpiya Komitəsinin qərarına əsasən, idmançı təhlükəsizlik səbəbindən çıxışından sonra media ilə əlaqə saxlamayıb.

Əfqanıstan taekvondoçusu Zəkiyə Xudadadinin sentyabrın 2-də yarışacağı gözlənilir. O, ölkəsinin paralimpiadada mübarizə aparan ilk qadın təmsilçisi olacaq.

Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunları sentyabrın 5-də başa çatacaq.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button