Tokio-2020: Azərbaycan və Türkiyə idmançıları eyni binada qalacaq

Azərbaycan olimpiyaçıları Tokio-2020 Yay Olimpiya Oyunları zamanı Atletlər Kəndində Türkiyə idmançıları ilə eyni binada qalacaq.

Bu barədə QİA.AZa Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat katibi Günay Malikqızı məlumat verib.

Onun sözlərinə görə, türkiyəli idmançıların sayı 108 nəfər olacaq: “Azərbaycan qardaş ölkə ilə yanaşı, Peru, Meksika və Çili ilə də qonşu olacaq. Yəni, sözügedən dövlətlərin idmançıları da həmin binada məskunlaşacaqlar”.

Qeyd edək ki, Tokio-2020 23 iyul – 8 avqustda keçiriləcək. Azərbaycanı olimpiadada 44 idmançı təmsil edəcək

Oxşar Xəbərlər