Tokio-2020: Azərbaycandan 22-ci, taekvondoda 2-ci lisenziya

May7,2021

Azərbaycan taekvondoçusu Fəridə Əzizova Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

QİA.AZ-ın məlumatına görə, 67 kq-da mübarizə aparan idmançı finala gedən yolda ukraynalı Tatyana Teterevyatnikova ilə qarşılaşıb.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Əzizova finala çıxmaqla yanaşı. olimpiadaya lisenziyanı da təmin edib. Onun finaldakı rəqibi fransalı Maqda Vit-Enen olacaq.

Qeyd edək ki, bu, Azərbaycanın Tokio olimpiadasına ümumilikdə 22-ci lisenziyası olub.

Oxşar Xəbərlər