Tokio-2020: Hacı Əliyev FİNALDA

Avq6,2021

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında 65 kiloqram çəki dərəcəsində yarımfinalda hindistanlı güləşçi Bacranq Bacranqla qarşılaşıb.

QİA.AZ-ın məlumatına görə, güləşçimiz rəqibinə 12:5 hesabı ilə qalib gələrək finala çıxıb.

Xatırladaq ki, H.Əliyev 1/8 final mərhələsində seneqallı Adama Diattanı, 1/4 final mərhələsində isə qazaxıstanlı güləşçi Daulet Niyazbekovu məğlub edib.

Oxşar Xəbərlər