Tokio-2020: İlham Zəkiyev Azərbaycana 12-ci medalı qazandırıb

Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

“QİA.AZ”ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsindəki 41 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə mübarizə aparmadan qalib elan edilib. Buna özbəkistanlı rəqib Şirin Şaripovun qarşılaşmaya çıxmaması səbəb olub. Şaripov əvvəlki qarşılaşmasında qadağan edilmiş fənddən yararlandığı üçün yarışdan kənarlaşdırılıb. 

Beləliklə, Azərbaycan Tokio-2020-də 12-ci medalını əldə edib. Medallardan 9-u qızıl, 3-ü isə bürünc əyarlıdır.

Oxşar Xəbərlər