Tokio-2020-nin təşkili Yaponiyaya 15 milyard dollara başa gəlib

İyl20,2021

Yaponiyanın Tokio-2020 üçün ümümi xərcləri açıqlanıb.

QİA.AZ“ın məlumatına görə, bu barədə yarışın Təşkilat Komitəsinin baş katibi Tosiro Muto Beynəlxalq Olimpiya Komitəsinin (IOC) 138-ci iclasında bildirib.

O, Yaponiya hökuməti tərəfindən çəkilən xərclərin 15,4 milyard ABŞ dolları olduğunu söyləyib.

Mutonun sözlərinə görə, olimpiada üçün etibarlı mühitin yaradılması məqsədilə əlavə 900 milyon dollar vəsait ayrılıb.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.

Oxşar Xəbərlər