Tokio-2020 Yay Olimpiya Oyunlarında kişiərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında ilk günə yekun vurulub.
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov birinci təsnifatda 281 xal toplaya bilib.
O, 27 idmançı arasında 24-ci yeri tutub. Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək.
Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.
Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.