Dünya

Tokio Olimpiadası ərəfəsində Yaponiya paytaxtında nəqliyyatın hərəkətinə daha ciddi məhdudiyyətlər qoyulub

Movavi

İyulun 19-da, “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının rəsmi açılışı ərəfəsində Yaponiya paytaxtında və ətraf rayonlarda nəqliyyatın hərəkətinə ciddi məhdudiyyətlər qüvvəyə minib.

QİA.AZ NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya Nəqliyyatın Hərəkəti Üzrə İnformasiya Mərkəzi bu məhdudiyyətlərdən sonra paytaxtın bəzi yollarında təqribən 5 kilometr uzunluqda tıxaclar əmələ gəldiyi barədə məlumat yayıb. Bildirilir ki, sürücülərin əksəriyyəti oyunlar zamanı sürətli yollarda ödənişin artması səbəbindən bu magistrallardan istifadə etməməyə çalışırlar.

Məlumata görə, iyulun 19-da səhər saat 6-dan axşam saat 22:00-dək sürətli yollar şəbəkəsindən istifadə üçün sürücülərdən əlavə 1 min yen (təqribən 9,1 dollar) alınacaq.

Həmçinin bildirilir ki, Tokioda və qonşuluqda yerləşən Çiba prefekturasında yarışların keçiriləcəyi yerlərin yaxınlığındakı yollarda oyunlarla əlaqəli avtomobillərin hərəkəti üçün xüsusi nəqliyyat zolaqları da ayrılıb.

Bununla yanaşı, paytaxtın sürətli avtomagistrallarında və digər yollarda avtomobillərin sayından asılı olaraq bu yollara girişin tam və ya qismən bağlanmasının nəzərdə tutulduğu da qeyd edilir.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button